...

"Mavi axın" qaz kəməri genişləndiriləcək

Dünya xəbərləri Materials 20 İyun 2006 16:39 (UTC +04:00)

Qazprom həm "Mavi axın" qaz kəmərinin mövcud qollarının daşıma qabiliyyətinin artırılması, həm də boru kəmərinin bir və ya iki əlavə qolunun çəkilişi imkanının gözdən keçirir.

Bu barədə bu gün Qazprom idarə heyətinin sədr müavini Aleksandr Medvedev mətbuat konfransında xəbər verib. Onun sözlərinə görə, Avropanın cənubundakı tələbat "Mavi axın"ın daşıma qabiliyyətinin artırılma imkanı barədə danışmağa imkan verir. Bundan başqa, "Mavi axın" vasitəsilə qazın İsrailə və Yaxın Şərq ölkələrinə tədarükü planlaşdırılır. Trend in PRAYM-TASS-a istinadən verdiyi xəbərə görə, bu tədarüklərin texniki əsaslanması cari ilin sonuna qədər tamamlanmalıdır.

Xəbər lenti

Xəbər lenti