...

R.T.Ərdoğan: Türkiyənin Avropa İttifaqına daxil olması barədə danışıqları bir yerdə dayanmır

Dünya xəbərləri Materials 20 İyun 2006 17:15 (UTC +04:00)

Türkiyənin Avropa İttifaqına daxil olması barədə danışıqları irəliləyir. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə hökümət başçısının sözlərinə görə, Kipr məsələsinin həllinə Avropa İttifaqının təhdidləri altında deyil, BMT-dəki danışıqlar yolu ilə nail olmaq lazımdır.

Trend in verdiyi xəbərə görə, Türkiyənin baş naziri etirf edib ki, Türkiyənin Avropa İttifaqı ilə birləşmə prosesi "mürəkkəb" və "ağrılıdır". Lakin, R.T.Ərdoğanın sözlərinə görə, "bu, Türkiyənin böyük ölçüsü və gücü ilə" izah olunur.

Rəsmi Ankara ötən həftə Avropa blokuna daxil olmaq haqqında danışıqlara başalyıb. Qərb ekspertlərinin qiymətləndirmələrinə görə, Ankara ilə danışıqlar 15-20 il müddətinə uzana bilər. Avropa İttifaqına daxil olmaq üçün Türkiyə daxili qanunvericiliyə və iqtisadi inkişafa aid bir sıra tələbləri yerinə yetirməli, həmçinin şimal hissəsi 1974-cü ildən Türkiyənin nəzarətində olan Kipr adasının problemini həll etməlidir. Ankara indiyə qədər adanın cənubunda yerləşən, əhalisinin əksəriyyətini etnik yunanların təşkil etdiyi Kipr Respublikasını qəbul etməkdən imtina edir.

Xəbər lenti

Xəbər lenti