...

Enerji obyektlərinin özəlləşdirilməsi nəticəsində Gürcüstanın büdcəsinə təxminən 317 mln. dollar daxil olacaq

Dünya xəbərləri Materials 20 İyun 2006 17:40 (UTC +04:00)

Gürcüstan 4 paylaşdırıcı şirkəti və 6 kiçik HES-in özəlləşdirilməsindən 317,420 mln. dollar əldə edəcək. Trend agentliyinin Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, bu barədə baş nazir Zurab Noqaideli bugünkü brifinqdə bəyan edib.

Onun sözlərinə görə, bu vəsaitin çoxu "Enerqopro" beynəlxalq koorporasiyasının çex seqmentinin payına düşür. Bu şirkət 8 obyektə görə 312,320 mln. dollar ödəyəcək.

"Enerqopro""Gürcüstan Birləşmiş Enerji Paylaşdırıcı Şirkəti - 85 mln. dollar, Acarıstan Enerji Paylaşdırıcı Şirkəti - 30 mln. dollar, 48 MVt gücündə Rioni HES-i - 44,700 mln. dollar, Dzevrula HES-i (80 MVt) - 20 mln. dollar, Qumati HES-i (44 MVt) - 45 mln. dollar, Lacanuri HES-i (112 MVt) - 66,500 mln. dollar, Şaori HES-i (38 MVt) - 16 mln dollar, Ats HES-i (16 MVt) - 5,120 mln. dollara alıb.

Kaxetiya Enerji Paylaşdırıcı Şirkəti "TBC plös energiya" şirkətinə 5,100 mln. dollara satılacaq.

Bu şirkətlərin alınması üçün cəmi 8 şirkət ərizə təqdim edib. Bura "TBC plös energiya", "Lakstron", "Enerqopro", "Yunitred servis LLP", "İnter RAO", "GEO STEAL", "Falkon kepital", "SB enerji" daxildir.

Z.Noqaideli deyib ki, hökumət özlləşdirmədən belə yüksək nəticə gözləmirdi və nəticələrdən razıdır. "Sabahdan etibarən biz qalib şirkətlərlə müqavilə bağlamağa başlayacağıq, çünki bizə işlək HES-lər lazımdır" - deyə baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti