...

Georqi Baramidze: Gürcüstan NATO-ya qoşulmaqla əlaqədar danışıqlara başlamağa hazırdır

Dünya xəbərləri Materials 21 İyun 2006 19:47 (UTC +04:00)

Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya üzrə dövlət naziri Georqi Baramidze Riqaya səfəri zamanı Latviya hökumətinə Avropaya inteqrasiya sahəsində göstərdiyi yardıma görə təşəkür edib və Gürcüstanın NATO-ya qoşulmaqla əlaqədar danışıqlara başlamağa hazır oluduğunu bildirib. Bu barədə G.Baramidze Latviya Seyminin Müdafiə və Daxili İşlər üzrə Komissiyanın sədri Yuris Dalbinşe ilə görüşündə bəyan edib.

Trend agenitliyinin "Praym-Nyus"a istinadən yaydığı məlumata əsasən, Gürcüstan nazirinin sözlərinə görə, Tbilisi alyansa qoşulmaq üçün tələb olunan bütün şərtləri yerinə yetirir.

G. Baramidze bəyan edib ki, dövlət büdcəsinin artması, ÜDM-nin sürətli artımı, elm və təhsildə müşahidə olunan tərəqqi ölkə iqtisadiyyatının inkişafından xəbər verir.

Cənubi Osetiya və Abxaziya münaqişələrinin sülh yolu ilə həlli planının hazırlanmasına və Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılmasına diqqəti yönəldərək nazir deyib ki, Tbilisi NATO-ya qoşulmaq və AB-nin qonşuluq siyasəti çərçivəsində konstruktiv əməkdaşlıq qurmaq istəyir.

Xəbər lenti

Xəbər lenti