Ukrayna və Türkmənistan 2006-cı il iyunun 27-də qaz tədarükü ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Bu barədə jurnalistlərə Ukraynanın yanacaq və energetika naziri, ölkənin nümayəndə heyətinin rəhbəri İvan Plaçkov məlumat verib. "Çox güman ki, səfər iyunun 27-də baş tutsun", - deyə o bildirib.
Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, Ukrayna 2006-cı ilin ikinci yarısında birbaşa müqavilə üzrə türkmən qazının alınmasını bərpa etməyi planlaşdırır. Ölkənin balans kəsiri 10,7 mlrd kub m qaz həcmində qiymətləndirilir. 1-ci yarım ildə bütün türkmən qazının 1000 kub metri 95 dollardan Ukrayna-Rusiya sərhədində RosUkrEnergo şirkəti vasitəsilə alınıb.
Türkmənistan Rusiyaya 1000 kub metri 65 dollardan ixrac olunan təbii qazın dəyərini 100 dollaradək artırmaq niyyətindədir.