İstanbul prokurorluğu bütün ermənilərin Katolikosu II Qareginə qarşı "türklüyün həqarəti" maddəsi ilə cinayət işi qaldırıb.
Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, erməni Katolikosu İstanbula səfəri zamanı ermənilərin uydurma "soyqırımı"nın tanınması zəruriliyini bəyan edib ki, nəticədə bir qrup hüquqşünas şikayətlə prokurorluğa müraciət edib.
Qeyd olunur ki, II Qaregindən ifadə almaq mümkün deyil. Çünki Türkiyə və Ermənistan arasında ədliyyə sahəsində əməkdaşlığa dair saziş yoxdur. Ancaq prokurorluq lazım bilərsə, erməni Katolikosu bir daha Türkiyəyə gəlməyə cəhd etdiyi təqdirdə ifadə alınması üçün onun dərhal saxlanması barədə ölkənin bütün gömrük məntəqələrinə tapşırıq verə bilər.