...

Türkmənistan 2006-cı ildə Ukraynaya təbii qaz tədarükü üzrə müqaviləni etibarsız sayır

Dünya xəbərləri Materials 1 İyul 2006 12:28 (UTC +04:00)

Türkmənistan 2006-cı ildə Ukraynaya təbii qaz tədarükü üzrə müqaviləni etibarsız sayır.

Türkmənistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ukrayna və Türkmənistan 2006-cı il üçün müqavilə imzaladıqdan sonra Rusiyanın "Qazprom" ASC türkmən qazının Rusiya ərazisindən keçməklə Ukraynaya nəql edilməsi üçün lisenziya verməyib.

"Türkmənistan 1 min kub metri 100 ABŞ dolları məbləğində qazın II rübdə Ukraynaya tədarük edilməsi üçün müqavilə imzalamağı, həmçinin müqavilədə nəzərdə tutulmuş həcmdə qazın Rusiya ərazisindən tranziti üçün dərhal lisenziya almasını ona təklif edib", - deyə Türkmənistan XİN-in bəyanatında deyilir.

2006-2007-ci illərdə türkmən qazının Ukraynaya tədarükü və 2003-2005-ci illərdə tədarük edilmiş qaza görə borcların ödənilməsi ilə bağlı məsələlər Ukrayna nümayəndə heyətinin Aşqabad şəhərinə işgüzar səfəri zamanı müzakirə olunub. Ukraynanın yanacaq və energetika naziri İvan Plaçkov Kiyevə qayıdarkən bəyan edib ki, iki tərəf "heç bir razılığa gəlməyib". Bu zaman o, türkmən rəhbərliyi nümayəndələrinin 2006-cı il üzrə qaz müqaviləsinin ləğv olunması haqqında sözlərini təkzib edib.

İ.Plaçkovun sözlərinə görə, Ukrayna əvvəlki kimi təkid edir ki, Türkmənistan 2006-cı ilin sonuna qədər qazın 1 min kub metrini indiki qiymətlə -60 ABŞ dollarına tədarük etsin. "Bu müqavilə pozulmayıb", - deyə nazir Kiyev aeroportunda bildirib.

Xəbər lenti

Xəbər lenti