...

Türkiyənin xarici işlər naziri: Türkiyə İraqın ərazi bütövlüyünün lehinə çıxış edir

Dünya xəbərləri Materials 3 İyul 2006 18:47 (UTC +04:00)

Türkiyə İraqın ərazi bütövlüyünün lehinə çıxış edir və İraqın siyasi baxımdan vahid olaraq regiondakı qonşuları ilə sülh şəraitində yaşamasını istəyir. Bu barədə, Türkiyənin xarici işlər naziri Abdullah Gül İraqlı həmkarı Xoşiyar Zibarini qəbul edərkən bildirib.

"Si-gn-gn-Törk" telekanalının yaydığı məlumata əsasən, İraqlı nazirin Ankaraya birinci səfəri zamanı tərəflər ilk nbvbədə iki ölkənin sərhədlərində təhlükəsizliyin təmin edilməsi, İraqda sabitlik, Kürd Fəhlə Partiyasından olan separatçılarla mübarizə və sair məsələləri müzakirə edib. Həmçinin kürd və türkmənlərin iddia etdiyi İraqın şimalındakı neft rayonu Kəlkük probleminə də toxunulub. Ankara türkmənləri dəstəkləyərək onlara kürdlərlə bərabər siyasi statusun verilməsinə çalışır.

Türkiyə milli təhlükəsizlik qüvvələrinin hazırlanmasında İraq hökumətinə yardım göstərməyə hazır olduğunu bəyan edib. Bu barədə Trend "İTAR-TASS"a istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti