...

Putin hesab edir ki, yoxsul ölkələrin borclarının silinməsi çıxış yolu deyil

Dünya xəbərləri Materials 4 İyul 2006 16:12 (UTC +04:00)

Vladimir Putin hesab edir ki, yoxsul ölkələrin borclarının silinməsi çıxış yolu deyil və o, bu borcları yaradan iqtisadi münasibətlər sisteminin dəyişdirilməsini təklif edir.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, "Mülki səkkizlik - 2006" forumunda RF prezidenti deyib ki, borcların silinməsini iqtisadi inkişafa yardım kimi gözdən keçirmək olmaz.

"Beynəlxalq iqtisadi münasibətlərin mövcud sistemini dəyişmək lazımdır, çünki borcları bu sistem yaradır", - deyə Putin bildirib.

O qeyd edib ki, "səkkizlik" ölkələrindəki qeyri- hökümət təşkilatlarının xeyli hissəsi öz dövlətləri tərəfindən kənd təsərrüfatına maddi yardımın verilməsini müdafiə edəcəklər. Prezident bəyan edib ki, bu, borcların yenidən artmasına səbəb olacaq, sonra isə xeyirxah şəxslər inkişaf etməkdə olan ölkələrin borclarını silməklə məşğul olacaqlar.

Xəbər lenti

Xəbər lenti