...

Gürcüstan ÜTT qarşısındakı öhdəliklərini yerinə yetirir

Dünya xəbərləri Materials 4 İyul 2006 17:23 (UTC +04:00)

Gürcüstan ölkəyə idxal olunan məhsulların üzərinə qoyulmuş hədsiz maneələrin aradan qaldırılması ilə bağlı ÜTT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.

Bu barədə Gürcüstan İş Adamları Federasiyası tərəfindən buraxılan "Gürcüstan və Ümumdünya Ticarət Təşkilatı" hesabatında dərc olunmuş tövsiyələrdə deyilir.

Trend agentliyi "Praym-Nyus"a istinadən xəbər verir ki, Gürcüstan məhsullarının ixracına yardım göstərilməsi istiqamətində addımların atılması vacibliyi qeyd olunur ki, bu da daha çox daxili bazarda gürcü məhsullarına olan tələbatdan asılıdır.

Texniki nizamlamanın beynəlxalq standartlara uyğunlaşdırılması lazımdır. Bu, ISO standartları üzrə yeni keyfiyyət sertifikatı almağa imkan verəcək.

Hesabat müəllifləri standartlar və tələblər üzrə daimi məlumat bazasının yaradılması vacibliyini vurğulayır.

Texniki Maneələr üzrə İnformasiya Mərkəzinin tam işə başlaması arzuolunandır. Mərkəzin fəaliyyətinə texniki nizamlama sahəsindəki məlumatları ÜTT katibliyinə verilməsi və Gürcüstandakı biznes sektorun məlumatlandırılması daxildir.

Xəbər lenti

Xəbər lenti