...

Putin enerji ehtiyatlarının istehsalçı, daşıyıcı və istehlakçıları arasında risklərin ədalətli paylaşdırılmasına çağırıb

Dünya xəbərləri Materials 6 İyul 2006 20:00 (UTC +04:00)

Enerji təhlükəsizliyinin təminatı istehsalçı, daşıyıcı və istehlakçılar arasında risklərin ədalətli paylaşdırılmasını tələb edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin "səkkizlik" ölkələri həmkarlar ittifaqları nümayəndələrinin görüşündə bəyan edib. O, ölkələri bununla əlaqədar uzunmüdətli müqavilələr imzalamağa çağırıb.

"Əsas məsələlərdən biri - enerji ehtiyatlarının istehsalçı, daşıyıcı və istehlakçıları arasında risklərin ədalətli paylaşdırılmasıdır" - deyə V.Putin qeyd edib.

"Energetika bazarı gözlənilməz hadislərdən sığortalanmalıdır, investisiya zəifliyinin səviyyəsi isə azaldılmalıdır" - deyə prezident vurğulayıb. Bu məsələni həll etmək üçün V.Putin müvafiq alətləri, xüsusilə, istehsalçılarla istehlakçılar arasında uzunmüddətli müqavilələri inkişaf etdirməyi təklif edib. Bu barədə Trend "Praym-TASS"a istinadən xəbər verib.

Xəbər lenti

Xəbər lenti