...

Qazaxıstanda "Tengizşevroyl" BM ilə yeraltı sərvətlərdən istifadə üzrə müqaviləyə yenidən baxıla bilər

Dünya xəbərləri Materials 7 İyul 2006 18:12 (UTC +04:00)

Qazaxıstan Respublikasının Ətraf Mühitini Mühafizəsi Nazirliyi (ƏMMN) "Tengizşevroyl" BM ilə yeraltı sərvətlərdən istifadə üzrə müqavilənin yenidən baxılması barədə xahişlə Energetika və Mineral Resurslar Nazirliyinə (EMRN) məktub göndərib. Bu barədə bu gün ƏMMN-in kollegiyası zamanı ətraf mühitin mühafizəsi naziri Nurlan İskakov xəbər verib.

"Mən TŞO üzrə məktub hazırladım və onu Energetika və Mineral Resurslar Nazirliyinə göndərdim. Mən öz həmkarım nazir İzmuxambetova yeraltı sərvətlərdən istifadə üzrə müqavilənin yenidən baxılması barədə yazmışam", - deyə N.İskakov bildirib.

Nazirin sözlərinə görə, təbiətin mühafizəsi üzrə qanunvericiliyin pozulmasına görə cərimələrin ödənilməsi TŞO üçün ənənəyə çevrilib. "Biz hər il cəsarətlə bu müəssisəyə gedir, cəsarətlə pozuntuları aşkar edirik və tamamilə heç bir tədbir görülmür", - deyə nazir qeyd edib. Bu zaman o bildirib ki, hər il keçirilən yoxlamalar təsdiq edir ki, "pozuntular olduğu kimi qalır, onlar düzəldilmir".

"Onlar yalnız cərimə olunur, bu cərimələr isə onların ətraf mühitə vurduğu zərərlə müqayisədə çox cüzidir", - deyə N.İskakov vurğulayıb.

Trend in xəbər verdiyi kimi, nazirin sözlərinə görə, hazırda 47 müəssisə (əsasən neft-qaz sektorunda işləyən) təbiətin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə uyğun deyil. N.İskakov bu müəssisələrin tam siyahısını bildirməyib, yalnız qeyd edib ki, nazirlik "həm böyük milli müəssisələrdən, həm də "KazMunayQaz"dan narazıdır". Onun sözlərinə görə, bu müəssisələrin siyahısı artıq "Yegemen Qazaxıstan" qəzetində dərc olunub və "Kazaxstanskaya pravda" qəzetində də çap olunacaq.

Xəbər lenti

Xəbər lenti