...

Hindistanın xüsusi xidmət orqanlarında Mumbayda terror aktının olma ehtimalı barədə məlumat olub

Dünya xəbərləri Materials 12 İyul 2006 16:52 (UTC +04:00)

Hindistanın biznes paytaxtı Mumbaydakı partlayışlarda yaralananların sayı 714 nəfərə çatıb. Bu barədə Maxaraştra ştatı polisinin başçısı xəbər verib.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, polis nümayəndəsi Mumbayın Si-En-En telekanalı ilə birbaşa yayımlanan mətbuat konfransında bəyanat verib.

Onun sözlərinə görə, Hindistanın xüsusi xidmət orqanlarında bir neçə ay ərzində Mumbayın terror aktının hədəfi olmaq ehtimalı barədə məlumat olub.

Əvvəl terror aktları zamanı 625 yaralının olması barədə məlumat verilib.

Polis xəbər verib ki, fəlakət yerlərində uzaqdan idarə olunan partlayıcı qurğular aşkar olunub. Bu qurğular vasitəsilə qatar və platformalarda qoyulmuş bombalar işə salınıb.

Çərşənbə axşamı Mumbayın şəhərətrafı sərnişin qatarlarında yeddi partlayış olub.

Ekspertlər hesab edir ki, bütün partlayışlar əvvəlcədən qoyulmuş bombalar vasitəsilə həyata keçirilib, əməliyyatları diqqətlə planlaşdırıblar. Şəhərin güc strukturlarının rəhbərləri bu faciəni 1993-cü ildən Hindistan tarixində görünməmiş faciə adlandırıblar. 1993-cü ildə partlayış nəticəsində təxminən 260 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti