...

Qırğızıstanda Amerikanın təyyarə bazası haqqında danışıqlar aparılır

Dünya xəbərləri Materials 13 İyul 2006 16:55 (UTC +04:00)

Qırğızıstanda respublika ərazisində Piter Qansi adına Amerika təyyarə bazasının yerləşmə şərtləri haqqında danışıqların ikinci mərhələsi keçirilir. Bu barədə agentliyin müxbiri QR Hökümət evinin mənbələrinə istinadən xəbər verib.

Trend in verdiyi xəbərə görə, danışıqlar çərşənbə günü axşam başlayıb və məxfi şəraitdə keçirilir. Respublikanın heç bir rəsmi şəxsi Amerika nümayəndə heyətinin gəlmə faktını təsdiq etməyib və bu məsələ üzrə şərh vermir.

Yerli analitiklərin fikrincə, iki amerikalı diplomatın bu yaxınlarda ölkədən çıxarılma faktı danışıqları xeyli çətinləşdirə bilər.

Xəbər verildiyi kimi, Qırğızıstan təyyarə bazasının ölkədə yerləşməsinə görə icarə haqqının xeyli artırılmasına təkid edir. Danışıqların ötən mərhələsi bu il mayın 31-dən iyunun 2-nə qədər Bişkekdə keçirilib.

Qansi təyyarə bazası Bişkekin 30 kilometrliyində beynəlxalq Manas aeroportunun ərazisində yerləşir. Baza Əfqanıstanda antiterror əməliyyatının keçirilməsi üçün 2001-ci ilin dekabrında açılıb.

Xəbər lenti

Xəbər lenti