Cari ildə xarici iş adamlarının Türkmənistana marağı xeyli artıb. Xüsusilə, respublikada obyektlərin inşasında xarici podratçılar fəal iştirak edir. Əgər ötən il iyunun 1-nə olan vəziyyət üzrə xarici firmalar Türkmənistanın nazirlik və idarələri ilə 190 obyektin inşasına dair müqavilələr bağlayıbsa, o zaman cari ilin analoji dövründə obyektlərin sayı 235-ə çatıb (bunlardan 25 ədəd istehsal və sosial-mədəni obyektlərin tikintisi başa çatıb). 2006-cı il iyunun 1-nə olan məlumata görə, sərmayələrin mənimsənilməsində dünyanın 26 ölkəsindən 80 xarici firma fəal iştirak edib.
Trend in xəbər vediyi kimi, xarici şirkətlərin iştirakı ilə gerçəkləşdirilən layihələrin müqavilə dəyərinin 57,5%-i istehsal obyektlərinin payına düşür. İstehsal obyektlərinin ümumi müqavilə dəyərinin 60,6%-i sənaye obyektlərinin payına düşür.
Analitiklər xarici iş adamlarının fəallığının artması səbəblərindən biri kimi Türkmənistanın iqtisadi inkişafına yönəldilmiş sərmayə axınının durmadan artmasını adlandırır. Belə ki, cari ilin ilk 5 ayı ərzində sərmayələrin həcmi 6630 mlrd manat təşkil edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 3% çoxdur. Bunun 4473,4 mlrd manatı istehsalat sahəsində istifadə edilib.