...

BMT-nin İnkişaf Proqramı Gürcüstana 70 mln dollar ayırıb

Dünya xəbərləri Materials 19 İyul 2006 14:39 (UTC +04:00)

BMT-nin İnkişaf Proqramı Gürcüstanda ümumi dəyəri 70 mln dollar olan layihələr həyata keçirəcək.

BMT baş katibinin assistenti, BMT İP-nin Avropa və MDB ölkələrindəki regional bürosunun direktoru Kalman Mijeyin mətbuat konfransında bildirdiyinə görə, onun 4 günlük səfəri çərçivəsində BMT İP ilə Gürcüstan arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Trend "Praym-Nyus"a istinadən yaydığı məlumata əsasən, onun sözlərinə görə, BMT İP-nin fəaliyyətinin əsas prioritetlərindən biri işsizliklə mübarizədir.

BMT İP Gürcüstanda yoxsulluğun aradan qaldırılması, demokrati idarəçiliyinin bərqərar edilməsi və ətraf mühitin müdafiəsinə köməklik göstərə bilər.

K.Mijey qeyd edib ki, səhiyyə, maarifçilik və hüquq sahəsində institusional islahatların gerçəkləşdirilməsinə köməklik göstərəcək.

Səfər çərçivəsində o prezident Mixail Saakaşvili, baş nazir Zurab Noqadeili ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti