...

Gürcüstan xarici işlər nazirinin müavini Moskvaya yola düşür

Dünya xəbərləri Materials 19 İyul 2006 15:00 (UTC +04:00)

Gürcüstan xarici işlər nazirinin müavini Merab Antadze bu gün Moskvaya yola düşür.

Xarici İşlər Nazirliyindən "Praym-Nyus"a verilən məlumata əsasən, M.Antadze Rusiya xarici işlər nazirinin birinci müavini Andrey Denisovla məsləhətləşmələr aparacaq. Məqsəd MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü çərçivəsində Gürcüstan və Rusiya prezidentləri Mixail Saakaşvili ilə Vladimir Putinin ikitərəfli görüşünün təşkilidir.

Trend xəbər verir ki, MDB dövlət başçılarının zirvə görüşü iyulun 21-23-də Moskvada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti