...

Xarici işlər naziri: Gürücstan və Rusiya prezidentlərinin görüşü konstruktiv olacaq

Dünya xəbərləri Materials 19 İyul 2006 17:30 (UTC +04:00)

Gürcüstan xarici işlər naziri Gela Bejuaşvilinin sözlərinə görə, Gürcüstan tərəfi konkret təkliflərlə Moskvaya yola düşəcək və ümid edir ki, prezidentlərin görüşü konstruktiv olacaq.

G.Bejuaşvili bu gün jurnalistlərə deyib ki, görüşdə əsas müzakirə mövzusu müniqişələr və onların həllində Rusiyanın müsbət roludur.

"Görüşdə yeganə prinsipal məsələ Gürcüstanın ərazi bütövlüyünün qorunub saxlanmasıdır və bu məsələdə biz istənilən güzəşt və istənilən modelə hazırıq" - deyə nazir vurğulayıb.

Trend " Praym-Nyus"a istinadən yaydığı məlumata əsasən, G.Bejuaşvili ümidvar olduğunu bildirib ki, Moskva münaqişə zonalarından Rusiya sülhməramlılarının çıxarılması barədə suveren dövlətin qərarını anlayacağ.

O, Gürücstan parlamentinin qərarının böyük risk və təhlükələrlə bağlı olduğunu qəbul edir. "Lakin hökumətin bu risklərin qarşılığında konkret planı var. Hökumət riskli yol seçib, lakin bu həll edilməmiş problemlərin gələn nəsillərə ötürülməsinin qarşısını ala biləcək yeganə yoldur" - deyə G.Bejuaşvili vurğulayıb.

Gürcüstan parlamenti bu qərarı ötən çərşənbə axşamı 144 səslə qəbul edib və Gürcüstan hökuməti çərşənbə günü parlamentin qərarı üzərində işə başlayıb.

Baş nazir Zurab Noqaideli hökumətin çərşənbə günü keçirilən iclasında münaqişələrin nizamlanması üzrə dövlət naziri Georqi Xaindrava və onun aparatına bu məsələni tam hazırlayaraq XİN-ə təqdim etməyəi tapşırıb.

Xəbər lenti

Xəbər lenti