...

Abxaziya tərəfinin təhdidlərinə baxmayaraq, Abxaziyanın qanuni hökumətinin Kodori dərəsində yerləşdirilməsi haqqında qərar dəyişməyəcək

Dünya xəbərləri Materials 28 İyul 2006 19:46 (UTC +04:00)

Abxaziya tərəfinin təhdidlərinə baxmayaraq, Abxaziyanın qanuni hökumətinin Kodori dərəsində yerləşdirilməsi haqqında qərar dəyişməyəcək. Ba barədə, Trend in xüsusi müxbirinin yaydığı məlumata əsasən, Gürcüstan prezidenti administrasiyasının rəisi Georgiy Arveladze bu günkü brifinq zamanı bəyan edib. Bu, Gürcüstan hökumətinin hökumətin dərədə yerləşdirildiyi təqdirdə atəş açılacağı barədə Abxaziya tərəfinin bəyanatına cavabdır.

G.Arveladze deyib: "Biz ölkəmizin maraqlarını müdafiə edəcəyik, Gürcüstan yurisdiksiyasını Kodoriyə qaytaracağıq və sakinlərin maraqlarını və həyatını qorumaq üçün əlimizdən gələni edəcəyik".

"Abxaziya hökumətinin Kodoridə yerləşdirilməsi haqqında bəyanat prezidentin ölkə əhalisinə növbəti müraciəti zamanı edilib. Mixail Saakaşvili bəyan edib ki, Abxaziya hökuməti Abxaziyanın mərkəzi olan Kodoridə yerləşəcək və oradan tam nəzarəti ələ alaraq, regionun bərpasına başlayacaq. Mən əvvəllər də hesab edirdim ki, Abxaziya hökuməti Rustaveli prospektində yerləşməməli idi, Kodori müvəqqəti olaraq inzibati qanuni mərkəz elan olunur" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti