...

Gürcüstan Kodor dərəsində yeni blokpostlar açır

Dünya xəbərləri Materials 31 İyul 2006 13:39 (UTC +04:00)

Gürcüstan DİN-in 8 postu Kodor dərəsində atəş xəttində yerləşdiriləcək.

Gürcüstanın güc strukturlarından Trend in Tbilisidəki xüsusi müxbirinə verilən xəbərə görə, artıq onların Lata kəndi istiqamətində gürcü və abxazların qarşıdurma xəttində yerləşdirilməsi üzrə işlər başlanılıb. Bundan başqa, Gürcüstan DİN-in xüsusi təyinatlı bölməsi Kodor dərəsində qalacaq, onlar əhalinin təhlükəsizliyini təmin edəcək və 17 ildir ki, heç bir polisin olmadığı dərədə asayişi qoruyacaq.

Bununla yanaşı, dərənin abxaz tərəfinin nəzarət etdiyi aşağı hissəsində bu gecə abxaz SQ və Rusiya sülhməramlılarının yenidən qruplaşması qeydə alınıb. Bu dəfə gürcü mövqeləri, bazar günü gecə olduğu kimi, qumbaraatan silahlardan atəşə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti