Ukrayna parlamentində Viktor Yanukoviçin baş nazir vəzifəsinə namizədliyinə baxılması cümə gününə keçirilib. Bu barədə bu gün jurnalistlərə Kommunist Partiyası fraksiyasının lideri Pyotr Simonenko bəyan edib. Bu məlumat hələ parlamentin mətbuat xidmətində təsdiq edilməyib.
Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, əvvəl Ali Radanın deputat fraksiyaları rəhbərlərinin saziş şurası baş nazir vəzifəsinə namizədlik üzrə səsverməni bu gün 17:00-da parlamentdə keçirməyi qərara almışdı.