...

Gürcüstan XİN Rusiya xarici işlər nazirinin müavininin bəyanatını tənqid edib

Dünya xəbərləri Materials 3 Avqust 2006 19:04 (UTC +04:00)

Gürcüstanın XİN Rusiyanın xarici işlər naziri müavi Qriqoriy Karasinin Kodor dərəsindəki hadisələrlə bağlı bəyanatını kəskin tənqid edib.

Trend in xüsusi müxbirinin yaydığı məlumata əsasən, Q.Karasin bəyan edib ki, Gürcüstan hakimiyyəti Kodor dərəsinə silahlı qüvvələr göndərib orada "legetim hokumət" qurmağa çalışaraq Kodor dərəsindəki vəziyyəti bilə-bilə gərginləşdirir.

"Kodor dərəsində hansı qanuni rəhbərliyin yerləşdiriləcəyi Gürcüstanın daxili işidir. Gürcüstan hökuməti Rusiya XİN və separatçı Abxaziya hakimiyyətinin mövqeyindən asılı olmayaraq, Abxaziyanın bu hissəsində sosial-iqtisadi reabilitasiyanı təmin etmək üçün məqsədəuyğun qərarlar qəbul edir" - deyə Gürcüstan XİN-in məlumatında qeyd olunur.

Gürcüstan XİN bildirirdi ki, məhz Rusiya son illər vətəndaşlarını zorla Abxaziyada yerləşdirirdi ki, onların maraqlarının qorunması adı ilə Gürcüstanın daxili işlərinə kobud şəkildə müdaxilə etsin. "Qeyd etmək istəyirik ki, Abxaziyanın (de-fakto) prezidenti Sergey Baqapşın qətiyyətli mövqeyinin dəstəklənməsi barədə Karasinin bəyanatlarını separtçıların Kodor dərəsində nəzarəti ələ almaq kimi aqressiv planlarının dəstəklənməsi kimi qiymətləndiririk" - deyə məlumatda vurğulanır.

Burada həmçinin bildirilir ki, bu faktlar Tbilisidə elə təssürat yaradır ki, Rusiya rəhbərliyi "ictimai rəy"ə əsaslanaraq Gürcüstanın daxili işlərinə müdaxilə üçün əsas hazırlayır. "Bildirmək istəyirik ki, Gürcüstana qarşı aqressiv hərəkətlərin 90-cı illərin ssenarisi üzrə həyata keçirilə bilməz" - deyə məlumatda qeyd olunur. Əgər Karasinin bəyanatlarına əsasən Rusiya öz rolunu münaqişənin nizamlanmasına maksimal dərəcədə köməklik göstərməkdə görürsə, onun həqiqətən belə bir şansı var" - deyə Gürcüstan XİN-in məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti