...

Mixail Saakaşvili Batumidə iki obyekt açacaq

Dünya xəbərləri Materials 4 Avqust 2006 16:16 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili cümə günü Batumidə iki yeni obyekt - Uşaq Müalicə Mərkəzi və "İnternasional" kinoteatrını açacaq.

Dövlət dəftərxanasından Praym-Nyus agentliyinə verilən məlumata görə, ötən cümə axşamı Mixail Saakaşvili Maxincauridə təmir olunmuş dəmiryol vağzalının, o cümlədən Çolokidə yeni əyləncə mərkəzinin açılış mərasimlərində iştirak edib.

Trend in xəbər verdiyi kimi, Acarıstan Muxtar Respublikasına gedərkən prezident Kutaisidə dayanıb və tələbələri işədüzəltmə proqramının iştirakçıları ilə görüşüb və tələbələrin işi ilə yerindəcə tanış olub.

Bu səfərdə Mixail Saakaşvilini xanımı Sandra Rulovs və kiçik oğlu Nikoloz müşayiət edir.

Xəbər lenti

Xəbər lenti