...

2009-cu ilə qədər Türkiyə BVF-yə 14,6 milyard dollar ödəyəcək

Dünya xəbərləri Materials 8 Avqust 2006 13:57 (UTC +04:00)

Böyük Millət Məclisin deputatı Ümmət Kandoğanın sorğusuna dair Türkiyənin dövlət naziri Əli Babacan bəyan edib ki, 2006-cı ildən 2008-ci ilə qədər Türkiyə BVF-yə 14,6 mlrd. dollar həcmində borc ödəməlidir.

Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, eyni vaxtda göstərilən dövr ərzində Türkiyə 7,3 mlrd. dollar məbləğində borc almaq niyyətindədir. Bu vəsait borcların ödənilməsinə sərf olunacaq.

2002-ci ilin oktyabr ayınlan 2006-cı ilin may ayına qədər Türkiyə BVF-yə 17,6 milyard dollar həcmində borcun bir hissəsini artıq ödəyib.

Xəbər lenti

Xəbər lenti