...

Tbilisi meriyası zibildən elektrik enerjisi alacaq yaponlara 1 mln lari ayıracaq

Dünya xəbərləri Materials 16 Avqust 2006 17:03 (UTC +04:00)

Tbilisi meriyası Qldan zibilxanasında qaz turbininin quraşdırılması üçün 1 mln lari ayıracaq. Şəhərin meri Gigi Uqulavanın jurnalistlərə bildirdiyinə görə, kreditin ayrılması haqqında qərar cümə günü qəbul olunacaq.

Trend "Kavkaz-press"ə istinadən xəbər verir ki, mövcud layihəyə əsasən, 10 hektarlıq zibilxana torpaqla örtüləcək ki, bu da təkcə ekoloji problemi həll etməyəcək, həm də qalxan inersiyalı qazdan elektrik enerjisi istehsal etməyə imkan verəcək.

Bu layihə Yaponiyanın "Şindzu" şirkəti tərəfindən həyata keçiriləcək. Mütəxəssislər artıq zibilxanada tədqiqat aparıb və boru quraşdırıb. Qazı yapon mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi turbin emal edəcək.

1 mln larinin ayrılması isə zibilxanada torpaq işlərinin görülməsi vacibliyilə bağlıdır və bu məqsədlə işlər bir ay sonra başlanacaq və gələn il başa çatacaq.

Xəbər lenti

Xəbər lenti