...

TU-154 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların hamısının cəsədi tapılıb

Dünya xəbərləri Materials 24 Avqust 2006 18:51 (UTC +04:00)

Donetsk yaxınlığında TU-154 təyyarəsinin qəzaya uğradığı yerdə həlak olanların cəsədləri tapılıb.

Rusiya FHN xilasetmə mərkəzinin rəisi Vadim Seryoginin jurnalistlərə verdiyi məlumata görə, hazırda yoxlamalar aparılır, kinoloqlar itlərlə birgə işləyir. Dünən tapılmış "qara qutu" artıq Moskvadadır.

Trend in "Vzqlyad"a istinadən xəbər verdiyi kimi, komissiya təyyarənin qəzaya uğradığı yerdə işləməkdə davam edir. Komissiya xüsusilə təyyarənin maddi sübut olan fraqmentlərinin taleyini müəyyən etməlidir. Bu barədə "Exo Moskvı" xəbər verir.

Xəbər lenti

Xəbər lenti