...

Rusiyanın Axalkalakidəki hərbi bazasından 16-cı silah-sursat eşelonu RF-yə yola salınıb

Dünya xəbərləri Materials 29 Avqust 2006 15:32 (UTC +04:00)

Bu gün Rusiyanın Axalkalakidəki hərbi bazasına məxsus silah və texnikadan ibarət 16-cı eşelon Gürcüstandan RF-yə yola salınıb. 13 vaqondan ibarət eşelon Azərbaycan ərazisindən keçəcək. Eşelonda 14 vahid silah və texnika, o cümlədən 163 ton döyüş sursatı və əmlak daşınır. Bu barədə İTAR-TASS-a Zaqafqaziyadakı rus qoşunları qrupundan məlumat verilib.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, bu il - sentyabrın 5-i, 12-si və 19-da RF-yə Axalkali bazasına məxsus əmlakdan ibarət daha 3 eşelon göndəriləcək. Texnika və silahların bir hissəsi mayın 18-dən avqustun 17-dək olan dövrdə avtomobil qatarları ilə Ermənistana, Rusiyanın Gümrüdəki hərbi bazasına aparılıb.

ZRQQ-dən qeyd olunub ki, "texnika və silahların çıxarılması prosesi plan üzrə gedir və 2006-cı ildə başa çatacaq. Baza isə 2007-ci il ərzində bağlanacaq".

2007-ci ildə Rusiyanın Batumidəki hərbi bazasından silah və hərbi texnikanın çıxarılması davam etdiriləcək. Bu obyektin 2008-ci ildə bağlanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti