...

LUKOYL Çin ərazisində NEZ-in yerləşdirilməsi imkanlarını nəzərdən keçirir

Dünya xəbərləri Materials 9 Sentyabr 2006 13:42 (UTC +04:00)

"LUKOYL" NŞ-in vitse-prezidenti Leonid Fedun şirkətin neft emalı zavodunun (NEZ) Çinin ərazisində yerləşdirilməsi imkanlarını gözdən keçirməsi barədə məlumatı təsdiq edib. Trend xəbər verir ki, bu barədə o, bu gün Moskvada RBK-nın sualına cavab verərkən məlumat verib. Eyni zamanda o qeyd edib ki, şirkət hələ bu məsələ üzrə konkret danışıqlar aparmır.

Xatırladaq ki, əvvəl Çin KİV-ləri bildirib ki, LUKOYL Çində 100-dən çox yanacaqdoldurma məntəqəsinin tikintisi və birgə istismar imkanları haqqında Çinin CNPC neft korporasiyası ilə danışıqlar aparır.

"LUKOYL" qrupunun zavodlarında (mini-NEZ-lər nəzərə alınmaqla) neft emalının həcmi, 2004-cü illə müqayisədə, 2005-ci ildə 8,4% - 47,28 mln. tona qədər artıb. O cümlədən, Rusiya zavodlarında 37,3 mln ton neft emal olunub və bu, bir il əvvəlki həcmdən 4,9% çoxdur. Xarici zavodlarda 9,98 mln. ton neft emal olunub, bu isə 2004-cü ildən 23,7% çoxdur.

Xəbər lenti

Xəbər lenti