...

ABŞ Dövlət Departamenti bəyan edib ki, Gürcüstanda dini azadlığın göstəricisi yaxşılaşıb

Dünya xəbərləri Materials 18 Sentyabr 2006 18:51 (UTC +04:00)

Gürcüstanda dini azadlığın göstəricisi yaxşılaşıb. Bu barədə ABŞ Dövlət Departamentinin 2006-cı il üzrə beynəlxalq dini azadlıq haqqında məruzəsində qeyd olunub.

Trend Praym-Nyusa istinadən xəbər verir ki, məruzəyə əsasən dini azlıqların nümayəndələrinə hücum, onların təqib edilməsi faktlarının sayı azalıb.

"2005-ci ilin aprel ayında qəbul olunmuş yeni qeydiyyat qanununa əsasən, dini qruplar onlar üçün bir sıra üstünlüklərin, o cümlədən, müqavilələrin qeydiyyata alınması, bank hesablarının açılması, əmlakın əldə olunmasının nəzərdə tutulduğu qanuni status əldə edə bilərlər", - deyə məruzədə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti