...

Buş Roma Papasının fikirləri ilə bağlı müsəlmanların hiddətini azaltmağa cəhd edib

Dünya xəbərləri Materials 19 Sentyabr 2006 10:55 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş Roma Papası XV1 Benediktin fikirləri ilə bağlı müsəlmanların hiddətini azaltmağa cəhd edib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

ABŞ administrasiyasının rəhbəri Nyu-Yorkda Malayziyanın baş naziri Abdulla Əhməd Bədəvi ilə görüşündə qeyd edib ki, "Papa söylədiklərinə görə üzr istəyib" və "bu üzr səmimi idi". BMT Baş Assambleyasının 61-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın ən iri şəhərinə gəlmiş ölkə liderinin sözlərini jurnalistlərə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli əməkdaşı Denis Uaylder çatdırıb.

Xəbər lenti

Xəbər lenti