Gürcüstan Milli Bankının prezidenti Sinqapurda Dünya bankının vitse-prezidenti və Beynəlxalq maliyyə korporasiyasının prezidenti ilə görüşüb. Bu barədə Trend xəbər verir.
Gürcustan Milli Bankından KAVKAZ-PRESS agentliyinə verilən məlumata görə, görüş Sinqapurdakı konfrans çərçivəsində keçirilib. Konfransda baş nazir Zurab Noqaidelinin başçılığı altında gürcü nümayəndə heyəti iştirak edir.
Görüşdə dünyanın ən böyük maliyyə təşkilatlarının nümayəndələri iştirak edib. Konfrans Dünya bankı və Beynəlxalq maliyyə korporasiyasının təşəbbüsü ilə keçirilir.
Bu cür görüşlər 1946-cı ildən etibarən keçirilir.