...

Ukrayna şaxtasında növbəti faciə baş verib – 3 mədən fəhləsi həlak olub

Dünya xəbərləri Materials 21 Sentyabr 2006 11:09 (UTC +04:00)

Donetsk vilayətində yerləşən "Dopropolskaya" şaxtasında 3 mədən fəhləsi həlak olub. Bu barədə sentyabrın 21-də Ukrayna FHN-in mətbuat xidməti məlumat verib. İlkin versiyaya görə, şaxtalarda faciələr qaz qatışığından zəhərlənmə nəticəsində baş verib.

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, dünən 13 mədən işçisinin həlak olduğu Zasyadko adına şaxtada qazdan təmizləmə - qəza lavasının ventilyasiyası prosesi davam edir. Həmin an növbədə olan 400 nəfərdən 207-si evakuasiya edilib. Onlardan 62 nəfəri isə hospitallaşdırılıb.

Bu gün Donetsk vilayətində ikigünlük matəm elan olunub. Həlak olanların dəfn mərasimi cümə günü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti