...

ABŞ-ın dövlət katibi: Sanksiyaların tətbiq edilməməsi üçün İran uranın zənginləşdirilməsini dayandırmalıdır

Dünya xəbərləri Materials 3 Oktyabr 2006 15:43 (UTC +04:00)

Yaxın Şərq ölkələrinə başlanmış turnesi zamanı ABŞ-ın dövlət katibi Kandaliza Rays bəyan edib ki, İran uranı zənginləşdirməyə davam etdirəcəyi təqdirdə beynəlxalq ictimaiyyətin İrana sanksiyalar tətbiq etməkdən savayı başqa seçimi olmayacaq. Bu barədə "Reuters" xəbər verir.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, K. Rays habelə vurğulayıb ki, İranın uranın zənginləşdirilməsini dayandırması ilə bağlı ABŞ-da dəlillər yoxdur. Dövlət katibi qeyd edib ki, "yaxın vaxtlarda" BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün, eləcə də Almaniyanın həmin məsələ ilə bağlı məsləhətləşmələri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti