Trend in xəbər verdiyi kimi, bazar ertəsi axşam İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana arasında telefon söhbəti olub.
Oktyabrın 3-də İranın Ali Milli Təhlükəsizlik Şurası katibliyindən İRNA agentliyinə verilən məlumata görə, söhbət zamanı həmsöhbətlər İran və Avropa Birliyi arasında nüvə danışıqları üzrə fikir mübadiləsi aparıb.
"Əli Laricani və Xavyer Solana yaxın vaxtlarda danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəlib", - deyə İranın AMTŞ katibliyindən bildirilib.