...

İran XİN başçısı Gürcüstanı Rusiya ilə problemləri sülh yolu ilə həll etməyə çağırıb

Dünya xəbərləri Materials 7 Oktyabr 2006 13:02 (UTC +04:00)

İranın xarici işlər naziri Manuçöhr Möttəki gürcü həmkarı Gela Bejuaşvilini Rusiya ilə bütün məsələləri "sülh yolu" ilə həll etməyə çağırıb.

İran XİN-in yaydığı məlumatda deyilir ki, cümə günü baş tutmuş telefon söhbətində İran və Gürcüstan xarici işlər nazirləri Moskva və Tiflisin münasibətlərində yaranmış "gərgin vəziyyəti" müzakirə edib.

Trend in RİA Novosti agentliyinə istinadən xəbər verdiyi kimi, İranın xarici siyasət idarəsinin rəhbəri yaranmış vəziyyətlə bağlı narazılıq ifadə edib və gürcü həmkarını Rusiya tərəfi ilə bütün problemləri "sülh yolu" ilə həll etməyə çağırıb.

Bundan başqa, tərəflər ikitərəfli münasibətlərlə bağlı məsələləri də müzakirə edib. Manuçöhr Möttəki Gela Bejuaşvilini yaxın vaxtlarda Tehrana səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti