Avropa Şurasının baş katibi Terri Devis Gürcüstan və Rusiya Federasiyası arasındakı münasibətlərdə davam edən gənginliklə bağlı bəyanatla çıxış edib. Bu barədə Trend "coe.int"yə istinadən xəbər verir.
"Gürcüstan və Rusiya Federasiyası sakitləşməli və aralarında yaranmış mübahiləsi məsələlərin sülh yolu ilə həllini tapmalıdırlar. Onlar, həmçinin, əhaliyə toxunacaq cavab tədbirlərindən uzaq olmalıdırlar. Hökumətlər arasında yaranmış fikir ayrılığına görə cəzanı sıravi vətəndaşlar çəkməməlidilər. Avropa Şurasına üzv olaraq, hər iki ölkə İnsan haqları haqqında Avropa Konvensiyasının iştirakçılarıdı və ona görə də nəinki öz vətəndaşlarının, həm də ərazilərində olan istənilən insanın haqlarına hörmət etməlidirlər", - deyə T. Devis bildirib.