...

Rusiyanın iqtisadi inkişaf və ticarət naziri: Neft birjası planlaşdırıldığından da sürətli templərlə yaradılır

Dünya xəbərləri Materials 9 Oktyabr 2006 16:22 (UTC +04:00)

Rusiya neft birjası planlaşdırıldığından da sürətli templərlə yaradılır. Bu barədə RF İqtisadi İnkişaf və Ticarət Nazirliyinin (İİTN) başçısı German Qref RF prezidenti Vladimir Putinin hökümət üzvləri ilə ənənəvi olaraq bazar ertəsi keçirdiyi müşavirədə bildirib. G.Qref qeyd edib ki, həmin birjada hərraclar 2007-ci ilin sonuna qədər başlanmalıdır.

Nazirin sözlərinə görə, 2006-cı ilin sonunadək Rusiyada "neft məhsullarının birjası işə salınacaq və orada real hərraclar başlayacaq". O dəqiqləşdirib ki, ilk vaxtlar bu hərraclar elektron şəbəkədə aparılacaq. G.Qref vurğulayıb ki, Nyu-York əmtəə birjası ilə razılaşmaya görə 20 fevral 2007-ci ildə hərraclar Rusiyanın REBCO neft fyuçersi ilə işə salınacaq. İİTN başçısı bildirib ki, nəticədə bu fyuçers hərracları Rusiya meydanına keçəcək.

Həmçinin G.Qref qeyd edib ki, Rusiya neft birjasının Sankt-Peterburqda yerləşəcəyi güman edilir. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti