Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, Yaponiya KXDR-ə qarşı hərbi sanksiyaların tətbiq olunmasını təklif edir. Bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Yasuxisa Siodzaki məlumat verib.
(S) Associated Press xəbər verir ki, onun sözlərinə görə, bu təklif BMT-nin Təhlükəsizlik Şurasına təqdim olunub. Y.Siodzaki Yaponiyanın hərbi sanksiyaların tətbiq edilməsi ilə bağlı təkliflərinin detallarını açıqlamaqdan imtina edib. "Biz sanksiyaları BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edəcək və bütün imkanları nəzərdən keçirəcəyik", - deyə Y.Siodzaki əlavə edib.