Türkiyə Milli Məclisi ölkə parlamentinə təqdim olunmuş və bilavasitə Fransanın maraqlarına toxunan "Əlcəzair xalqına qarşı törədilmiş soyqırımı tanımayan şəxslərin cinayət məsuliyyəti haqqında" qanun layihəsini müzakirə edir.
Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, türkiyəli alimlər bildirir ki, Əlcəzairdə müstəmləkə rejiminə qarşı milli-azadlıq müharibəsi zamanı işğalçı Fransa ordusu ölkədə soyqırım törədib və nəticədə 1 milyondan çox dinc vətəndaş qırılıb.
Qanun layihəsi Türkiyə parlamentinin müvafiq komissiyasında dinlənilib və Fransa parlamenti tərəfindən "erməni soyqırımı"nı tanımayan şəxslərin cəzalandırılması haqqında qərar qəbul edildiyi halda, Milli Məclisin təsdiqinə verilə bilər.