...

KXDR-də keçirilmiş sınaq yerində radiasiya izləri aşkar edilib

Dünya xəbərləri Materials 14 Oktyabr 2006 11:39 (UTC +04:00)

ABŞ höküməti Şimali Koreyanın nüvə silahı sınağının həqiqiliyinin ilkin sübutlarını əldə edib. Bu barədə CNN teleşirkəti hökümət mənbələrinə istinadən xəbər verir.

"Hazırda Şimali Koreya ərazisində nüvə sınağının keçirildiyi yerdə radiasiyanın olması haqqında ABŞ-da ilkin sübutlar var. Bu, KXDR-in həqiqətən də nüvə silahını sınaqdan keçirdiyini göstərir", - deyə telekanal xəbər verir.

Həmin məsələyə dair rəsmi bəyanatlar hələ daxil olmayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Əvvəllər Pentaqon nümayəndəsi Patrik Rayder RİA Novosti-yə bildirib ki, "ABŞ höküməti hələ də Şimali Koreyanın nüvə sınağını keçirməsinə dair vəziyyəti qiymətləndirməkdə davam edir".

"Bizdə bunun üçün çoxlu yollar var", - deyə Rayder bildirib.

Hesab olunduğu kimi, KXDR oktyabrın 9-da Rusiya Federasiyasının sərhədindən təxminən 150 kilometr məsafədə yerləşən rayonda yeraltı nüvə partlayışı həyata keçirib.

Hazırda BMT TŞ Şimali Koreya üzrə nüvə sınaqlarının pisləndiyi, həmçinin nüvəsiz status və danışıqlara qayıtmaq çağırışının olduğu qətnamə layihəsini nəzərdən keçirir.

Sənəddə həmçinin BMT Təhlükəsizlik Şurasının BMT nizamnaməsinin 417-ci maddəsinə əsasən yalnız iqtisadi və diplomatik üsullarla Pxenyana təzyiq göstərəcəyi barədə müddəa da var.

Qətnamə layihəsi Danimarka, Fransa, Yunanıstan, Yaponiya, Peru, Cənubi Koreya, Slovakiya, Böyük Britaniya və ABŞ adından irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti