...

Gürcüstan Qara dəniz ölkələri sahil mühafizəsi nümayəndələrinin İstanbul görüşündə təmsil olunacaq

Dünya xəbərləri Materials 7 Noyabr 2006 11:46 (UTC +04:00)

Gürcü sərhədçiləri Qara dəniz hövzəsi ölkələri sahil mühafizəsi xidmətlərinin ənənəvi illik görüşündə iştirak edəcək. Sərhəd polisindən Trend in Tbilisidəki xüsusi müxbirinə verilən məlumata görə, 7-ci görüş noyabrın 8-10-da İstanbulda keçiriləcək. Gürcüstanın nümayəndə heyətinə sərhəd polisinin sahil mühafizəsi departamentinin direktoru, general-mayor David Qulua başçılıq edəcək.

O, gürcü tərəfinin Qara dəniz ölkələri Birliyinin sədri vəzifəsindəki bir illik fəaliyyəti haqqında məruzə təqdim edəcək. Görüş zamanı Qara dənizdə qanunsuz fəaliyyətin qarşısının alınması üzrə hərəkətlərin koordinasiyası məsələləri müzakirə olunacaq. Görüşdə avtomatlaşdırılmış operativ məlumat mübadiləsi haqqında saziş imzalanacaq. Bu sistem artıq bir il ərzində yoxlamadan keçib.

Görüşün sonunda əməkdaşlıq haqqında protokol imzalanacaq.

Xəbər lenti

Xəbər lenti