...

C.Buş noyabrın 29-30-da İordaniyaya səfər zamanı İraqın baş naziri ilə görüşəcək

Dünya xəbərləri Materials 22 Noyabr 2006 13:08 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş noyabrın 29-30-da İordaniyaya sfər zamanı İraqın baş naziri Nuri əl-Malik ilə görüşəcək. C.Buş admnistrasiyasının bəyanatında məlumat verilib ki, hər iki dövlətin siyasi liderləri noyabrın 29-30-da İordaniyanın Ammane şəhərində İraqın təhlükəsizliyi və vəziyyətin stabilləşməsi məsələləri ilə bağlı məsləhətləşmələri davam etdirmək üçün görüşəcəklər. Görüşdə İrakda mövcud olan vəziyyətin və ölkədəki təhlükəsizliyi nəzarət altına almaq üçün İraq hərbçilərinin hazırlanması üzrə işlərin gedişinin müzakirəsi planlaşdırılır. Bu haqda Trend RBK-ya istinadən məlumat verib.

(C) Associated Press məlumat verir ki, C.Buş Ammana NATO-nun 28-29 noyabrda Riqada (Latviya) keçiriləcək sammitinin başa çatmasından dərhal sonra gedəcək. C.Buş admnistrasiyasının bəyanatında həmçinin bildirilir ki, ABŞ öz qarşısına "sülhsevər, demokratik və təhlükəsiz İraq" yaratmaq məqsədini qoyub və "ABŞ-la İrak arasında əməkdaşlığın güclənəcəyinə" ümid edir.

C.Buş və N.əl-Maliki arasında sonuncu görüş iyulun 25-də Vaşinqtonda olub.

Xəbər lenti

Xəbər lenti