Trend in xəbər verdiyi kimi, ATƏT eksperti Nensi Forbord Gürcüstan Mərkəzi Seçki Komissiyasının işi ilə tanış olmaq üçün çərşənbə axşamı Tiflisə gələcək.
Gürcüstan MSK-dan Praym-Nyus agentliyinə verilən məlumata görə, Nensi Forbordın ölkəyə səfəri 2 həftə davam edəcək. O, MSK, vilayət və rayon seçki komissiyalarının rəhbərləri ilə görüşmək niyyətindədir.
ATƏT eksperti səfərin yekunları üzrə MSK-nın işini qiymətləndirəcək və lazımi tövsiyələr verəcək.