...

Riçard Luqar: Tezliklə Gürcüstan NATO-ya daxil olacaq

Dünya xəbərləri Materials 28 Noyabr 2006 13:09 (UTC +04:00)

"Tezliklə Gürcüstan NATO-ya daxil olacaq". Bu barədə amerikalı senator, ABŞ Konqresinin xarici işlər üzrə komissiyasının sədri Riçard Luqar bəyan edib. Bu barədə (C) Associated Press xəbər verir. "Biz - həm latviyalılar, həm də amerikalılar əminliyimizi bir daha bildiririk ki, Gürcüstanın NATO-ya üzvlüyə hazırlığı ilə bağlı fəaliyyət planı qəbul olunacaq. Biz Tiflisi blokda salamlamağa hazırıq", - deyə R.Luqar Latviyada jurnalistlərə bildirib.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, noyabrın 18-də ABŞ senatı tezliklə Gürcüstan, Albaniya, Makedoniya və Xorvatiyanın NATO-ya qəbul edilməsini dəstəkləyən qanun layihəsini qəbul edib. "Hesab edirəm ki, Albaniya, Xorvatiya, Gürcüstan və Makedoniyanın NATO-ya daxil olması Avropa, NATO və ABŞ-ın maraqlarına cavab verir. Çünki belə olduqda, sülh və təhlükəsizlik zonası genişlənəcək", - deyə respublikaçı senator Luqar bəyan edib.

Noyabrın 28-də Riqada NATO sammiti keçiriləcək. Blokun baş katibi Yaap de Hoop Shefferin sözlərinə görə, sammitdə "alyansa heç bir rəsmi dəvət olmayacaq".

Xəbər lenti

Xəbər lenti