...

AEBA inspektorları İranın nüvə obyektlərini yoxlayır

Dünya xəbərləri Materials 13 Dekabr 2006 11:44 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üç nəfərdən ibarət inspektorlar qrupu dekabrın 15-də İran nüvə obyektlərinə plan sınaqlarının keçirildiyi İranda olacaq.

Çərşənbə axşamı İran KİV-inin verdiyi xəbərə görə, mütəxəssislər Natanzda uranın zənginləşdirilməsi zavodunda və İsfahanda uran mədəni konversiyası üzrə nüvə mərkəzində yoxlama aparacaqlar.

AEBA inspektorları dekabrın 23-dək İranda olacaq. Bu barədə Trend RİA ya istinadən xəbər verir.

İran dünyada AEBA üzrə yoxlamaların keçirilmə sayına görə, aparıcı yerlərdən birini tutur. Onun sayı son üç ildə 2200 adam-günə qədər yüksəlib.

Oktyüabrın sonunda İranın Natanz obyektində uranın zənginləşdirilməsi üzrə ikinci sentirfuq mühərikkini işə salıblar.

Tehrandan verilən xəbərə görə, İkinci sentrifuq mühərikinin işə salınması nüvə silahının yayılmaması ilə bağlı razılığa müvafiq olaraq, AEBA-nın nəzarəti altında İranın nüvə sınaqları çərçivəsində aparılır.

İran uranın zənginləşdirilməsi də daxil olmaqla bütöv nüvə silsiləsinə sahiblik hüququnda iddialıdır. Bu isə Tehranın nüvə proqramını hərbi qüvvələrdə istifadə edəcəyindən ehtiyatlanan beynəlxalq ictimaiyyətin təlaşını artırır.

"Altılıq" ölkələri (BMT TŞ-nın daimi üzvləri və Almaniya) İrandan uranın zənginləşdirilməsi üzrə hər hansı fəaliyyətini dayandırmağı tələb edir.

Xəbər lenti

Xəbər lenti