...

Almaniya kansleri: Kosovonun statusu barədə qərar etnik albanları, eləcə də rəsmi Belqradı qane etməlidir

Dünya xəbərləri Materials 8 Yanvar 2007 18:14 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel "ZDF" telekanalına müsahibəsində bildirib ki, Kosovonun statusu barədə qərar etnik albanları, eləcə də rəsmi Belqradı qane etməlidir.

O bildirib ki, "Kosovo sakinlərinin müstəqillik əldə etmək arzusunun həyata keçməsi çox vacibdir". O əlavə edib: "Lakin bu, Serbiyada daxili siyasi vəziyyəti ağırlaşdırmamalı, demokratiyanı zəiflətməməlidir".

"RBK"yə istinadən Trend xəbər verir ki, bundan öncə A.Merkel 2007-ci ilin yanvarından Avropa İttifaqına sədrlik dövründə Almaniyanın Aİ ölkələrinin daxili təhlükəsizlik probleminə xüsusi diqqət ayırmaq niyyətində olduğu barədə bəyan edib.

Xəbər lenti

Xəbər lenti