...

Bağdadda Səddam Hüseynin silahdaşları üzərində məhkəmə yenidən işə başlayıb

Dünya xəbərləri Materials 9 Yanvar 2007 10:08 (UTC +04:00)

Bağdadda Səddam Hüseynin kürdlərə qarşı genosiddə ittiham olunan 6 silahdaşı üzərində məhkəmə yenidən öz işinə başlayıb. Mühakimə olunanlar arasında eks-diktatorun "Kimyaçı Əli" ləqəbli əmisi oğlu Həsən əl-Məcid də var.

"Xyumen rayts uotç" hüquq-müdafiə təşkilatı hesab edir ki, məhkəmənin qərarı ilə Səddamı edam etmiş və daha iki silahdaşını edam etməyə hazırlaşan İraq hökuməti qanunu saymır və insan haqlarını tapdayır.

Bu təşkilatın hüquqi proqramının rəhbəri Riçard Diker qeyd edib ki, eks diktatora yaxın iki nəfərin edamı hökumətin səhvini daha da dərinləşdirəcək. "Azadlıq" radiostansiyasına istinadən Trend bildirir ki, söhbət Səddamın süd qardaşı Barzan İbrahim ət-Tikrit (sabiq kəşfiyyat rəisi) və Auad əl-Bandardan (İraqın sabiq ali hakimi) gedir.

Xəbər lenti

Xəbər lenti