...

Gürcüstan iqtisadiyyat naziri Rusiya ilə avia əlaqənin tez bir zamanda bərpasının mümkünlüyünü təsdiq etmir

Dünya xəbərləri Materials 11 Yanvar 2007 10:13 (UTC +04:00)

Gürcüstan iqtisadiyyat naziri Rusiya ilə Gürcüstan arasında avia əlaqənin tez bir zamanda bərpasının mümkünlüyünü təsdiq etmir. Trend in Tbilisidəki müxbiri xəbər verir ki, dünən hökumətin iclası başlamazdan öncə iqtisadiyyat naziri Giorgi Arveladze bildirib ki, onun bu məsələ ilə bağlı rəsmi informasiyası yoxdur.

Gürcüstan KİV-ləri Gürcüstan aviaşirkətlərindəki xəbər mənbələrinə istinad edərək belə informasiya yayıblar ki, iki həftədən sonra iki ölkə arasında avia əlaqə bərpa ediləcək.

Xatırladaq ki, avia əlaqələr keçən ilin sentyabr ayında Rusiyanın Gürcüstana qarşı iqtisadi sanksiyalar qəbul etməsi çərçivəsində kəsilib. G.Arveladze həmçinin qeyd edib: "Məni də bu informasiyanı yayan mənbə maraqlandırır, mən bu barədə televizordan eşitmişəm". Lakin o vurğulayıb ki, "hər şey mümkündür, lakin Rusiya tərəfindən konkret müraciət yoxdur".

Xəbər lenti

Xəbər lenti