...

İranın cənubunda üç partlayış baş verib

Dünya xəbərləri Materials 11 Yanvar 2007 16:13 (UTC +04:00)

Bu gün İranın cənub hissəsində üç güclü partlayış baş verib. Bu barədə (c) Reuters yerli KİV-lərə istinadən xəbər verir. Həlak olanlar və hadisənin başqa təfərrüatları haqqında məlumat hələ daxil olmayıb.

Buna baxmayaraq, dəqiqləşdirildiyi kimi, partlayışlar o qədər güclü olub ki, evlərin şüşələri sınıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Eyni zamanda, İranın Neft Nazirliyinin nümayəndələrinin bildirdiyi kimi, partlayışlar İraqla sərhəddəki Xüzəstan əyalətinin neft obyektlərindən uzaqda baş verib.

Xəbər lenti

Xəbər lenti