...

2006-cı ildə Qazaxıstanda neft məhsullarının istehsal həcmi 3,3% artaraq 11 mln. 200,3 min ton təşkil edib

Dünya xəbərləri Materials 15 Yanvar 2007 11:58 (UTC +04:00)

2006-cı ildə Qazaxıstanda 2005-ci illə müqayisədə neft məhsullarının istehsal həcmi 3,3% artaraq bir əvvəlki göstəriciyə qarşı 11 mln. 200,3 min ton təşkil edib. Bu barədə "RBK"ya Qazaxıstan Respublikası Statistika agentliyindən xəbər veriblər.

Agentliyin məlumatlarına istinadən Trend bildirir ki, 2006-cı ildə Qazaxıstanda 2 mln. 349,7 min ton motor yanacağı (benzin, o cümlədən aviasiya benzini) istehsal edilib ki, 2005-ci il göstəricisindən 0,4% azdır (2005-ci ildə 2 mln 359,2 min ton), 311,4 min ton kerosin istehsal edilib ki, 25,2% keçən il göstəricisindən çoxdur (248,7 min ton), 3 mln. 889,1 min ton qazoyl istehsal edilib ki, 5% keçən il göstəricisindən çoxudr (3 mln. 704,7 min ton) və 3 mln. 333,6 min ton mazut istehsal edilib ki, 2005-ci il göstəricisindən 6,1% azdır (3 mln 549,9 min ton).

Xəbər lenti

Xəbər lenti